29 yanvar 2013 14:08
Vurğun Hüseynov: Bu dəfə yığma hamını sevindirəcək
Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynovun azerisport.az saytına müsahibəsi
- Yığmanın toplanışından nə gözləyirsiz?
- Mənim üçün adi bir toplanışdı. Xüsusi nəsə yoxdu. Məşq edəcəyik. Əsas heyətə layiq olduğumu göstərmək istəyirəm.
- Mənim üçün adi bir toplanışdı. Xüsusi nəsə yoxdu. Məşq edəcəyik. Əsas heyətə layiq olduğumu göstərmək istəyirəm.
- Nəzərə alsaq ki, Berti Foqts əsas heyətin bir sıra üzvünə dəvət göndərməyib, bu, sizin şansınızı artırır?
- Bu, həm mənim, həm də digər əsas heyətə düşmək istəyənlər üçün bir şansdı.
- Bu, həm mənim, həm də digər əsas heyətə düşmək istəyənlər üçün bir şansdı.
- Amma yığmada Rəşad Sadıqov, Ruslan Abışov kimi müdafiəçilər də var...
- Yığmaya çağırılan hər bir futbolçu öz klubunda liderdi və ambisiyalıdı. Mənim bu baxımdan bir qədər az bəxtim gətrib. Siz hələ Vladimir Levini qeyd etmədiniz (gülür). Buna baxmayaraq, mən artıq yığmanın heyətində bir neçə oyun keçirmişəm. Bu qədər müdafiəçinin olmasına baxmayaraq, yığmaya çağırılıramsa, deməli, mənə ehtiyac var. Yığmada ən böyük rəqabət elə müdafiə xəttindədi. Gənc futbolçu kimi, bu, mənim xeyrimədi.
- Yığmanı Özbəkistan və Lixtenşteynlə sınaq matçları gözləyir...
- Yoxlama oyunları olsa da, biz qələbə qazanmağa çalışacağıq. Çünki bu qələbələr qarşıdakı oyunlar üçün əlavə stimul ola bilər.
- Hansı oyunda meydana çıxmaq istərdiniz?
- Hər iki oyunda iştirak etmək istəyirəm. Amma seçim etməli olsam, fərq etməz. Hər iki rəqibimiz ciddi komandadı.
- Hər iki oyunda iştirak etmək istəyirəm. Amma seçim etməli olsam, fərq etməz. Hər iki rəqibimiz ciddi komandadı.
- Ötən il Dubay toplanışındakı məğlubiyyətlər mətbuatda böyük tənqidə səbəb olmuşdu...
- Bu dəfə elə etməliyik ki, tənqidlərlə üzləşməyək. Məğlubiyyət kimə xoşdu ki? Heç kimə. Çalışacağıq, altı xal toplayaq (gülür). Bu dəfə hamını sevindirəcəyik.
