29 yanvar 2013 15:30
Crvena Zvezdanın sabiq oyunçusu AZAL-da (FOTO)
AZAL baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu, serbiyalı Vladimir Boqdanoviçdi.
Qeyd edək ki, 26 yaşlı xavbekin son iş yeri Yunanıstanın “Panetolikos” klubu olub. Boqdanoviç əvvəllər “Crvena Zvezda”, eləcə də Bolqarıstanın “Lokomotiv” (Sofiya) klublarında da çıxış edib.
