29 yanvar 2013 16:51
Ramiz Məmmədov Qəbələnin axşam məşqini ləğv etdi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov komandasının bu günə nəzərdə tutulan axşam məşqini ləğv edib. Azerisport.az xəbər verir ki, o, bunu futbolçuların çox yorulmasını nəzərə alaraq həyata keçirib.
Lakin komandanın səhər məşqi plana uyğun olaraq, baş tutub. Komanda sabah yoxlama oyununa da çıxacaq. Toplanış çərçivəsində növbəti görüş Rumıniya təmsilçisi "Styaua" ilə olacaq. Matç Bakı vaxtı ilə 20:30-da start veriləcək.
