30 yanvar 2013 17:37
Rəvanın forvardı Qazaxıstan klubunda
“Rəvan”ın yollarını ayırdığı hücumçu Nemanya Vidakoviç karyerasını Qazaxıstanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda “Ordabası” klubunun düşərgəsində baxışdadı.
Məlum olduğu kimi, bu dəqiqələrdə Azərbaycan Premyer Liqasının lideri “İnter” Türkiyə toplanışı çərçivəsində “Ordabası” ilə yoxlama oyunu keçirir. Nemanya Vidakoviç komandamıza qarşı oyunun ilk dəqiqələrindən mübarizə aparmaq şansı qazanıb. Amma onun “Ordabası”da qalıb-qalmayacağı hələlik dəqiq deyil.
