30 yanvar 2013 18:18
Yığmamızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasının keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, hər iki oyunu Birləşmiş Ərəb Əmirliklərini təmsil edən FIFA referiləri idarə edəcəklər:
Azərbaycan - Özbəkistan
Baş hakim: Əmmar Əl Cunabi
Baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif
Dördüncü hakim: Abdulla Əl Ajel
Azərbaycan - Lixtenşteyn
Baş hakim: Abdulla Əl Ajel
Baş hakimin köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla
Dördüncü hakim: Hamed Əl Şaik
