30 yanvar 2013 18:37
Bakının hücumçusu Ergotelisə keçir
“Bakı” ilə yollarını ayıran Maris Verpakovski yenidən Yunanıstan çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, latviyalı hücumçunun xidmətində “Ergotelis” klubu maraqlıdı.
Qeyd edək ki, Verpakovski vaxtilə bu klubda çıxış edib. Məhz bu üzdən Yunanıstan klubu sabiq üzvünü sıralarına qaytarmaqda maraqlıdı. Lakin “zolaqlılar”la bu qış yollarını ayırmış Marisin yekun qərarının necə olacağı bilinmir.
