30 yanvar 2013 11:15
Vaqif Sadıqov: Transfer dövrünü boşa verdik
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Finlandiyanın "Zenith Myllypuro" klubu ilə keçirdikləri yoxlama oyunundan (4:0) danışıb, Türkiyə toplanışını dəyərləndirib, transfer məsələlərinə toxunub:
- “Volın”a (Ukrayna) məğlubiyyətdən (1:3) və Çin “Dalyan”ı ilə heç-heçədən (1:1) sonra Finlandiya klubunu darmadağın etdiniz...
- Qələbə qazanmaq həmişə xoşdu. Ciddi hazırlaşırıq. Qarşıda Makedoniya “Turnovo”su ilə daha bir oyunumuz var. Təəssüf ki, Bolqarıstan klubu ilə oyunumuz başa çatmadı. Halbuki, ən ciddi rəqiblərimizdən biri elə “Etır” idi.
- Hazırlıqlardan razısız?
- Bəli. Bizə yaxşı hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Komanda yaxşı çalışır. Yeganə məyus edən məqam hava şəraitidi. Bu, düşündüklərimizi tam həyata keçirməyə müəyyən çətinliklər yaradır.
- Bəli. Bizə yaxşı hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Komanda yaxşı çalışır. Yeganə məyus edən məqam hava şəraitidi. Bu, düşündüklərimizi tam həyata keçirməyə müəyyən çətinliklər yaradır.
- Bir oyuna dörd qol vurmağınız rəqibin zəifliyindən xəbər verir, yoxsa AZAL-ın getdikcə daha yaxşı forma yığmasından?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Hər oyunda dörd qol vurmaq istərdik. Komandamız Ukrayna və Çin klubları ilə görüşlərdə də bu qədər qol epizodu yarada bilmişdi. Bu oyunlarda bütün futbolçulara meydana çıxmaq şansı yaratmışıq. “Turnovo” ilə oyuna isə optimal bir heyətlə çıxmağı düşünürük. Çünki bu, son sınağımız olacaq.

- AZAL serbiyalı yarımmüdafiəçi Vladimir Boqdanoviçi sınayır. Hansı ki, ilk oyunundaca qol da vurdu...
- Onun haqda hələlik bir sözü deyə bilərəm ki, fevralın 1-dək düşərgəmizdə baxışda olacaq. İndi nəsə demək çətindi. Növbəti oyunda da ona ilk dəqiqələrdən şans vermək istəyirəm. Məhz “Turnovo” il oyundan sonra qərar qəbul edəcəyik.
- AZAL başqa hansı futbolçuları sınaqdan keçirir?
- Başqa heç kim olmayacaq. Biz artıq transfer dövrünü boşa verdik. Digər tərəfdən əlimizdə olan heyətə güvənirik.
- Başqa heç kim olmayacaq. Biz artıq transfer dövrünü boşa verdik. Digər tərəfdən əlimizdə olan heyətə güvənirik.
- Amma heyəti gücləndirməyin də əleyhinə olmadığınızı hiss etmək olur...
- Əlbəttə, istərdim. Amma bunu qışda etmək çətindi. Bu məsələ ilə məşğuluq. Sadəcə, bunun üçün vaxt lazımdı ki, bu da bizdə az idi. Baxışa az futbolçu gəlmişdi. Onlar da məni qane etmədilər. Qışda yaxşı futbolçu tapmaq olmur. Üç mövqeyə yeni futbolçular alınmasını istəyirdik. Amma nə etmək olar? İstənilən halda bu, bizə daha yaxşı hazırlaşmağa mane ola bilməz. Komanda psixoloji cəhətdən ilk altılıq uğrunda mübarizə aparmağa hazırdı.