30 yanvar 2013 11:56

“Növbəti turlarda tam fərqli Rəvan görəcəyik”

"Rəvan” mövsümün qalan hissəsinə hazırlıq davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, artıq 3 yoxlama oyunu keçirən komanda fevralın 9-nu səbirsizliklə gözləyir. Axı məhz həmin tarixdə çempionat yenidən "diriləcək”.
 
Bu arada komandanın baş məçqçisi Ramil Əliyev klubun rəsmi saytına müsahibəsində hazırlıqdan danışıb: "Çempionata ciddi hazırlaşırıq. Ağır məşqlərdən sonra 3 yoldaşlıq oyunu keçirdik. Nəticə baxımından o qədər də ürək açan olmadı, çünki son iki oyunumuzda heç-heçə oynadıq. Amma futbolçuların əzmkalığı, mübarizliyi xoşumuza gəldi. Hazırda yeni futbolçuların uyğunlaşma prosesi gedir. Buna görə də hələ komandaya tam adaptasiya olmamaları tam təbii haldır. Yeni transferlərimiz komandanı gücləndirəcək səviyyədədir. Növbəti turlarda tam fərqli "Rəvan” görəcəyik”.
 
Zədəli futbolçuların olmamasına sevindiyini deyən baş məşqçi artıq indidən növbəti mövsüm üçün daha iddialı komanda qurmağın zəruriliyini bildirib. Əliyev komandanın cari mövsüm üçün iddialarından da danışarkən belə deyib: "Çempionatda hələ ilk "6-lığ”a düşmək şanslarımız qalır. Bu üzdən bütün matçlarda qələbəyə oynamalıyıq. Düzdür, taleyimiz öz əlimizdə deyil. Ancaq sona qədər mübarizə aparacağıq. Artıq indidən növbəti mövsüm daha iddialı komanda olmaq işinə başlamalıyıq. Bunun təməlini indidən qoymaq lazımdır. Hazırda bizim üçün prioritet təbii ki, ölkə kubokudur. Bu turnirdə mümkün qədər irəli getməyə çalışacağıq. Rəqib güclü komanda olsa da, heç kimdən qorxmuruq, çəkinmirik”.
 
Qeyd edək ki, “Rəvan” Azərbaycan kubokunun ¼ final mərhələsində "Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu oyunlar 27 fevral və 7 mart tarixlərində baş tutacaq

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.