30 yanvar 2013 12:14
Qəbələ İmaməliyevdən imtina etdi, serb müdafiəçini bəyəndi
“Qəbələ” baxışda olan futbolçularla bağlı bəzi qərarlar qəbul edib. Azerisport.az xəbər verir ki, bölgə klubu Emin İmaməliyevin xidmətindən imtina edib.
Türkiyə toplanışının ilk günlərindən etibarən bu komandada baxışda olan 32 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunu qane etməyib. Bu üzdən də o, vətənə qayıtmaq məcburiyyətində qalıb. Qeyd edək ki, İmaməliyevin “Qarabağ”la mövsümün sonuna qədər müqaviləsi var. Güman ki, o, elə Ağdam klubunda qalmalı olacaq.
Əvəzində “Qəbələ” serbiyalı müdafiəçi Nikola Valentiçi bəyənib. Klub rəhbərliyi onu heyətdə saxlamağa qərar verib. Artıq tərəflər 1 illik müqavilə haqda razılığa da gəliblər.
