31 yanvar 2013 00:16

Madriddə Azərbaycan sərgisi (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, ötən gün İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur.
 
İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur. Bu şərəfli missiya "Bakı" futbol klubunun üzərinə düşür.
 
Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzuladılar.
 
"Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov fəxri qonaqlara "Bakı" futbol klubunun sərgidə iştirakı barədə ətraflı məlumat verdi. Klubumuzun media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev ziyarətçiləri "Bakı" futbol klubunun beynəlxalq əlaqələri, o cümlədən, İspaniyanın "Atletiko" Madrid klubu ilə əməkdaşlıq, bu müqavilənin Azərbaycan futboluna verəcəyi böyük fayda və perspektivlər haqda məlumatlandırdı.
 
Sərginin ilk günü Azərbaycan bölümü böyük marağa səbəb oldu. Fərəhlidir ki, "Bakı" futbol klubunun stendi önündə çoxsaylı ziyarətçi axını izləmək artıq adi hal kimi qəbul olunur. Diqqtədən yayınmır ki, İspaniya əhalisi və müxtəlif ölkələridən gələn qonaqlar klubumuz haqda daha çox məlumat əldə etmək niyyəti ilə stendimizin qarşısında daha çox ayaq saxlayırlar. Ümumiyyətlə, sərginin ilk günü Azərbaycan bölümünü on minlərlə adam ziyartə edib.
 
Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yer alır.
 
Məlumat üçün əlavə edək ki, FUTUR sərgidi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqtə mərkəzində olur. Ötən il sərgini 154 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu il sərgiyə 167 ölkədən 9142 şirkət və dövlər strukturu qatılıb.
 
"Bakı" futbol klubu və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərdən yararlanan klubumuz bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək.  "Atletiko" futbolçuları və klub rəhbərliyinin nümayəndələri 1 fevral 2013-cü il tarixində sərgini ziyarət edəcək, futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr paylayacaqlar.
 
Sərginin əhəmiyyəti barədə yalnız o faktı vurğulamaq kifayət edər ki, ötən il FUTUR sərgisini 100 mindən artıq Madrid sakini və şəhərin qonaqları ziyarət edib.
 
33-cü FUTUR Beynəlxalq Turizm sərgisi 3 fevral 2013-cü il tarixlərinə qədər davam edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.