30 yanvar 2013 12:27
Xəzər Lənkəranda ispan qapıçı (FOTO)
“Xəzər Lənkəran” qapıçı problemini yoluna qoyub. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi ispaniyalı qapıçı Antonio Doblas Santana ilə güclənib.
Lənkəran klubu hələlik məlumatı təsdiqləməsə də, İspaniya mətbuatı tərəflərin tam anlaşdığını və Karles Bakesin həmyerlisi ilə yola çıxmaq qərarı verdiyini yazır.
Qeyd edək ki, daha çox Toni Doblas kimi tanınan bu qapıçının 33 yaşı var. O, karyerası ərzində “Betis”in B və əsas komandasında, “Xerez”də, “Zaragoza”da və “Huesca”da çıxış edib.
Hazırda azad agent olan Doblas son olaraq müqavilə ilə “Zaragoza”ya məxsus olsa da, icarə əsasında “Xerez”də oynayıb.
