30 yanvar 2013 13:05
Namiq Yusifov: Əsl gücümüzü çempionatda görəcəksiz
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Makedoniyanın “Turnovo” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Komanda yorğundu. Çoxlu məşqlər edirik. Belə oyunlarda isə nəticə haqda düşünmürük. Özünüz də bilirsiz ki, “Qarabağ”ın əsas gücü bu deyil. Əsl gücümüzü çempionatda görəcəksiz. Eyni sözləri özüm haqda da deyə bilərəm. Hazırda optimal formanı yığdığımı deməzdim. Amma Premyer Liqanın oyunlarına qədər tam hazır olacağımı düşünürəm”.