31 yanvar 2013 00:54
Qvatemala yığmasının forvardı Xəzər Lənkəranda (FOTO)
“Xəzər Lənkəran” baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu, Qvatemala yığmasının hücumçusu David Lopesdi.
20 yaşlı futbolçu artıq ötən gün “ağ-yaşıllar”ın Moldova “Zimbru”su ilə yoxlama görüşündə meydana çıxmaq şansı da qazanıb. Elə komandasının vurduğu qələ qolunun da müəllifi məhz Lopes olub. Amma onun “Xəzər Lənkəran”da qalıb-qalmayacağına qarşıdakı günlərdə qərar veriləcək.
Qeyd edək ki, Lopes indiyə qədər “Atletico de San Juan”, “Real Maryland”, “Noroeste” kimi klublarda çıxış edib. Onun son iş yeri isə Meksikanın “Tigres” klubu olub.
Lopes 2009-cu ildən etibarən çağırıldığı yığmada 4 oyuna çıxıb.
