30 yanvar 2013 20:49
Xəzər Lənkəran Zimbrunu məğlub etdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” Moldovanın “Zimbru” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma cənublular üçün yaxşı başlamayıb. Amma sonda "ağ-yaşıllar" əzmkar qələbə qazanmağı bacarıblar.
Xatırladaq ki, Karles Bakesin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Jetısu” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdılar. Ukrayna “Krivbass”ı ilə qarşılaşma isə 0:6 hesablı biabırçı məğlubiyyətlə başa çatmışdı. Rumıniyanın “Timisoara” klubu ilə dueldə isə 0:2 hesablı məğlubiyyət qeydə alınmışdı.
Yoxlama oyunu
30 yanvar
XƏZƏR LƏNKƏRAN – ZİMBRU - 2:1
Qol: A.Pit, 85 (1:1), Lopes, 89 (2:1)
"Xəzər Lənkəran"ın start heyəti: Sadıqlı, Skarlatake, Alvaro, Allahverdiyev, Vanderson, Abdullayev, Orsuliç, Pit, Pamuk, Sialmas, Güleç.
