30 yanvar 2013 23:25
Qəbələ Rumıniya klubuna qalib gəldi (YENİLƏNİB)
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədəki toplanış çərçivəsində 5-ci yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası bu dədə Rumıniyanın "Steaua" klubu ilə qarşılaşıb.
Görüş Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Maraq üçün xatırladaq ki, “Qəbələ” Türkiyədəki ilk sınaq matçında Almaniyanın "İnqolsdatd" klubuna 3:4 hesabıyla uduzmuşdu. Ukraynanın "Volın" klubuna 2:1 hesabıyla qalib gələn təmsilçimiz bu ölkənin digər təmsilçisi "Metallurq"la sülh bağlamışdı – 1:1. Rumıniya "Petrolul"u ilə qarşılaşma isə 2:0 hesablə zəfərlə sonuclanmışdı.
Yoxlama oyunu
30 yanvar
QƏBƏLƏ – STEAUA - 1:0
Qol: Dodo, 78.
"Qəbələ"nin start heyəti: Dieqo, Kalabane, Jinko, Abdullayev, Dodo, Puıhak, Emeqara, Mendi, Kelhar, Quluzadə, Dabo.
