30 yanvar 2013 18:50
İnter Ordabası üzərində qələbə qazandı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” Qazaxıstanın “Ordabası” klubu ilə üz-üzə gəlib.
Görüş Azərbaycan klubunun qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Kaxaber Tsxadadzenin yetirmələri Antalyadakı ilk matçında Almaniya təmsilçisi “Aalen” ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Növbəti görüşdə isə Almaniyanın “Ingolstadt” klubu “bankirlər”i 3:1 hesabıyla məğlub etmişdi. Ukraynanın “Metallurg” (Zaporojye) klubu ilə duel də qolsuz başa çatmışdı.
Yoxlama oyunu
30 yanvar
İNTER – ORDABASI - 2:0 (2:0)
Qollar: S.Zərgərov, 1 (1:0), Ndiaye, 22-pen (2:0)
Oyun başladı
1. Samir Zərgərov matçın 30-cu saniyəsində hesabı açır - 1:0
"İnter"in hücumçusu B.Tsxadadze rəqibi təhqir etdiyinə görə meydandan qovulur. Kiçik fasilədən və aparılan danışıqlardan sonra hakim Tsxadadzenin əvəzində meydana başqa futbolçunun çıxmasına razı olur
Tsxadadzeni baxışda olan fransız hücumçu Ndiaye əvəzləyir
22. Ndiaye meydana çıxandan az sonra penalti zərbəsini dəqiq yerinə yetirərək, fərqi artırır - 2:0
43. "İnter"in də qapısına penalti təyin olunur. Amma qazaxlar bundan yararlana bilmirlər
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Matç başa çatdı
"İnter"in start heyəti: Lomaya, Kandelaki, Abramidze, Əmircanov, Abdulaye, Bayramo, Niasse, Georgiyevski, Zərgərov, Fomenko, Tsxadadze.
