30 yanvar 2013 20:55
Neftçi Timisioaraya uduzdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün beşinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” bu dəfə Rumıniyanın “Timisioara” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma paytaxt klubunun məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub etmişdi. Qazaxıstanın “Aktobe” (3:2) və Makedoniyanın “Turnovo” (2:1) klubları ilə oyunlar da uğurlu alınmışdı. Rusiyanın “Amkar” klubu ilə son görüş isə 0:4 hesablı məğlubiyyətlə bitmişdi.
Yoxlama oyunu
30 yanvar
NEFTÇİ – TİMİSİOARA - 1:2
"Neftçi"nin start heyəti: Stamenkoviç, Quliyev, Mitreski, Şükürov, Silva, Ramos, Abdullayev, Flavinyo, Periko, Kanales.
