31 yanvar 2013 01:17
Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Toqo da pley-offda
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin 12-ci oyun günündə D qrupu çərçivəsində son iki oyun baş tutub.
Əlcəzair Fil Dişi Sahili millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Günün digər oyununda isə Toqo Tunislə üz-üzə gəlib. Elə bu görüşdə də komandalar sülhə razılaşıblar.
Bu nəticələrdən sonra Fil Dişi Sahili və Toqo pley-off mərhələsinə vəsiqə qazanıb.
Afrika Millətlər Kuboku
D qrupu
30 yanvar
Əlcəzair – Fil Dişi Sahili – 2:2
Qollar: Fequli, 64-pen, Sudani, 71 – Droqba, 77, Vilfred, 80.
Matçın 7-ci dəqiqəsində əlcəzairli Budebuz penaltini boşa verib
Matçın 7-ci dəqiqəsində əlcəzairli Budebuz penaltini boşa verib
Toqo – Tunis – 1:1
Qollar: Gakpe, 13 – Mouelhi, 30-pen.
Matçın 78-ci dəqiqəsində Mouelhi daha bir penaltini boşa verib
| 1 | Fil Dişi Sahili | 3 | 2 | 1 | 0 | 7 | 3 | +4 | 7 |
| 2 | Toqo | 3 | 1 | 1 | 1 | 4 | 3 | +1 | 4 |
| 2 | Tunis | 3 | 1 | 1 | 1 | 2 | 4 | –2 | 4 |
| 4 | Əlcəzair | 3 | 0 | 1 | 2 | 2 | 5 | –3 | 1 |
