30 yanvar 2013 13:56

“Məqsədimiz çempionatı yüksək pillələrdə başa vurmaqdı”

“Sumqayıt” Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Samir Abasov təlim-məşq toplanışı və komandadakı son durumla əlaqədar klubun rəsmi saytına müsahibə verib.
 
- Komandanın hazırlığı barəsində nə deyə bilərsiniz?
- Bildiyiniz kimi “Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının ikinci mərhələsi üçün təlim-məşq toplanışını ölkədə daxilində keçirir. Gündə iki dəfə olmaqla hazırlığımızı davam etdiririk. Ümumi götürsək, hazırlıq mərhləsi öz axarı ilə davam edir. Məşqçilər heyəti səhər topla çalışmalara üstünlük verdiyi halda, axşam hazırlığını trenajor zalında keçirik. Uşaqlar məşqlərdə var-qüvvələri ilə çalışır. Havaların mülayim keçməsi isə işimizi xeyli yüngülləşdirib. Hazırda heyətin kompleksləşməsi davam edir, baxışa gələn futbolçular yoxlanılır.
 
- Əvəzedici komanda və “Rəvan”la yoxlama oyunu keçirdiniz. Ümumi götürsək komanda bu görüşlərdə necə təsir bağışladı?
- Heyətdə itkilər olduğu üçün hər iki yoxlama oyununu tam heyətlə oynaya bilməmişik. Məsələn, Murad Doymuş, Murad Ağayev və Pərdis Fərcad-Azad zədəli olduqları üçün komanda ilə hazırlığa nisbətən gec başladı. Slavik Alxasov U-21-in, Orxan Əliyev isə U-19-un heyətində təlim-məşq toplanışında olduğu üçün oyunlarda iştirak edə bilməyib. Şükürlər olsun ki, artıq zədəlilərimiz sağalıb və tam tam heyətlə hazırlaşa bilirik. “Rəvan”la qarşılaşmada hiss olunurdu ki, uşaqlar futbol üçün çox darıxıblar, bu səbəbdən oyun maraqlı alındı. Bundan başqa, baxışda olan futbolçuların bəziləri də yoxlanıldı. Fevralın 2-də “Kəpəz”lə növbəti yoxlama oyununa çıxacağıq. Düşünürəm ki, “Bakı” ilə keçiriləcək çempionatın ilk oyuna qədər komanda hazır vəziyyətə gələcəkdir.
 
- Dövrələrarası fasilədə Ceyhun Sultanov və Uğur Pamuk kimi əsas heyətin üzvləri komandalarını dəyişdi. Onların gedişini itki adlandırmaq olarmı?
- Əlbəttə, həm Ceyhun, həm də Uğur əsas heyətin üzvləri sayılırdı. Hər ikisinə karyeralarında uğurlar arzulayıram. Bizim üçün çox çətin olacağını bilirik. Bu səbəbdən 3-4 transferə ehtiyacımız var. Məsələn, son dönəmlərdə baxışa gələn futbolçuların bəziləri özlərini yaxşı tərəfdən göstərə bilirlər. Yəqin ki, klubun rəhbərliyi çempionat oyunlarına qədər baş məşqçinin istədiyi futbolçuların transferini reallaşdıra biləcək.
 
- “Sumqayıt” FK-nun Premyer Liqadakı əsas vəzifəsi nədir?
- Hazırda komanda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Riyazı cəhətdən ilk altılıq üçün şansımız var. Amma reallıqla danışsaq, bunu gerçəkləşdirmək bizim üçün çətin olacaq. Ən azından qarşıdakı 4 qarşılaşmada məğlub olmamalıyıq. Əsas məqsədimiz çempionatı olduqca yüksək pillələrdə başa vurmaqdır.
 
- “Sumqayıt” Futbol Mərkəzinin tikintisi davam etdməkdədir...
- Bazanın tikintisi surətlə davam etməkdədir. Bu, son dövrlərdə eşitdiyimiz ən xoş xəbərlərdən biridir. Sizə səmimi deyirəm, Sumqayıt şəhərində həqiqətən perspektivli uşaqlar var. Sadəcə maddi-texniki bazanın olmamamsı bu şəhərdə futbolun inkişafının qarşısını alan amillərdəndir. Klub rəhbərliyi də, bu işdə var qüvvəsi ilə çalışır ki, baza tezliklə istifadəyə verilsin. İnanın, bu şəhərdə normal bir stadion olsa, tez bir zamanda bunun bəhrəsini görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.