30 yanvar 2013 14:28
İvan Deniseviç: Müqavilə məni və Xəzər Lənkəranı qane edirdi, amma...
Bir müddət əvvəl “Xəzər Ləkəran”da baxışda olan İvan Deniseviç Azərbaycan klubuna keçidinin baş tutmamasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq “Neman”la müqavilə imzalayan belaruslu futbolçu öncə bunları dilə gətirib:
“Mən “Xəzər Lənkəran”a birbaşa müqavilə imzalamağa getmişdim. Hamı başa düşür ki, Azərbaycanda ustalıq səviyyəsini qaldırmaq olmur. Amma yaxşı pul qazanmaq imkanı var. Futbol agenti ilə danışığımız olmuşdu. Müqavilə məni və “Xəzər Lənkəran”ı qane edirdi. Mənə yaxşı şərtlər təklif olunmuşdu. Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə getdim ki, münasibətləri rəsmiləşdirək. Amma ora gedəndə müəyyən anlaşılmazlıq yarandı. Biz başqa şərtlərə razılaşmışdıq, amma sonra hər şey dəyişdi. Dedilər ki, klubun prezidenti gəldikdən sonra bütün məsələlər yoluna qoyulacaq. Mən razılaşdım. “Krivbass”la yoxlama oyununda meydana çıxdım. 0:6 hesabı ilə uduzduğumuz görüşdə bir dəfə də olsun meydanın rəqibə aid hissəsinə keçə bilmədik. Bu oyundan sonra daha nəyisə gözləməyin mənası yox idi. Müqavilə ilə bağlı yeni bir şey də yox idi. Ona görə də əşyalarımı yığıb evə qayıtdım”.