30 yanvar 2013 14:34
Kəpəz hazırlıqları bərpa etdi
Yanvarın 27-də “Neftçala” klubu ilə yoxlama oyunundan sonra istirahətə buraxılan “Kəpəz” üzvləri yenidən bir araya gəliblər. Azerisport.az xəbər verir ki, komandaya iki gün dincəlmək imkanı yaradan baş məşqçi Mahmud Qurbanov yetirmələrini “Dalğa Arena”da başına toplayıb.
“Kəpəz” bu gündən Bakıda təlim-məşq toplanışının növbəti mərhələsinə başlayıb.
