31 yanvar 2013 02:11
“Xəzər Lənkəranın təklifi mənə gələn dəvətlər arasında ən yaxşısı idi”
“Xəzər Lənkəran”ın yeni qapıçısı Toni Doblas Azərbaycan klubuna keçidi barədə açıqlamalar verməyə davam edir. Azerisport.az xəbər verir ki, o, növbəti açıqlamasında bunları söyləyib:
“Xəzər Lənkəran”ın təklifi mənə gələn dəvətlər arasında ən yaxşısı idi. Üstəlik, bu komandaya ispaniyalı mütəxəssis Karles Bakes rəhbərlik edir. O, mənə güvənir. Bakes bunu özü də mənə bildirib. “Xəzər Lənkəran” hər mövsüm avrokuboklarda oynayır. Ümid edirəm ki, yeni komandamın növbəti mövsümdə avrokuboklarda daha uğurlu çıxış etməsində yardımçı ola biləcəyəm”.