31 yanvar 2013 02:36
Rəvanın növbəti rəqib bəlli oldu
Çempionatın yerdə qalan bölümünə hazırlıqlarını davam etdirən "Rəvan” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, “aslanlar” birinci divizionun iddialı komandalarından olan "Neftçala” ilə üz-üzə gələcək.
Hal-hazırda birinci divizionda lider "Qaradağ Lökbatan”dan cəmi 3 xal geridə qalan "Neftçala” ilə oyun fevralın 1-də baş tutacaq. "Bayıl Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “Rəvan” cari mövsüm artıq 1 dəfə "Neftçala” ilə görüşüb. Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan oyunda bakılılar 2:1 hesabı ilə qalib gəlmişdi.
