31 yanvar 2013 02:22

“Başını qaldırıb görürsən ki, getmək vaxtıdı”

“Kəpəz”in kapitanı Azər Məmmədovun futbolçu karyerasını başa vurduğu haqda xəbər vermişdik. Azerisport.az xəbər verir ki, 36 yaşında yaşıl meydanlara əlvida deyən müdafiəçi verdiyi qərardan danışıb.
 
“Futbolçu həyatı elə də uzun deyil. Hər bir şeyin sonu olduğu kimi futbolçu karyerasının da sonu var. Bir müddət oynadıqdan sonra başını qaldırıb görürsən ki, getmək vaxtıdı. Düşündüm və bu addımı atdım. Karyeramı bitirmək qərarına gəldim. Düzünü desəm, hələ oynaya biləcəyimi düşünürdüm. Amma getməyi qətiləşdirdim”, deyə Məmmədov bildirib.
 
Futbolçu həyatı ilə vidalaşsa da, Azər “Kəpəz”i tərk etməyib. O, klubda qalaraq, məşqçiliyə başlayıb: “Klub rəhbərliyi mənə məşqçi işləməyi təklif etdi. Futbolu sevirəm və karyeramı bitirdikdən sonra da bu sahədə çalışmağı istəyirdim. Belə də dəvəti qəbul etdim. Artıq işimin başındayam. Əvəzedicilərlə çalışıram. Bu işə qol qoymuşamsa, çalışacağam ki, uğur qazanım”. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.