31 yanvar 2013 02:43

Bosniya yığmasının üzvü Simurqda (FOTO)

Yanvarın 11-dən Antalyada təlim-məşq toplanışında olan "Simurq" artıq hazırlıqları tamamlamaq üzrədi. Azerisport.az xəbər verir ki, komanda ötən gün Bələkdə son məşqlərinə çıxıb.
 
İki saata yaxın davam edənə səhər hazırlığında uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra, “sarı-qaralar” fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirib. Daha sonra taktiki çalışmalar üzərində işlənilib. Müxtəlif məsafələrdən qapıya zərbələr yerinə yetirilib. Məşqin sonunda isə dörd qrupa bölünən Georgi Çixradzenin yetirmələri iki tərəfli futbol oynayıb.
 
Axşam məşqində Zaqatala təmsilçisi isinmə hərəkətlərindən sonra iki komandaya bölünərək əl topu oynayıb. Bundan sonra müxtəlif qruplara bölünərək "kvadrat" və standart vəziyyətlərdən qapıya zərbələri məşq edilib.
 
“Sarı-qaralar”ın düşərgəsində hazırda baxışda iki futbolçu var. Şəxsi işləri ilə bağlı ölkəsinə gedib, qayıdan xorvatiyalı hücumçu Tomislav Buşiç yenidən komanda ilə məşqlərə qoşulub. Onunla yanaşı, axşam hazırlığında “sarı-qaralar”ın düşərgəsinə baxış üçün yeni bir legioner təşrif buyurub. Bu bosniyalı yarımmüdafiəçi Kiso Nenaddı. Onlar haqqında son qərar bu gün baş tutacaq yoldaşlıq görüşündən sonra veriləcək.
 
Qeyd edək ki, “Simurq”un Antalyadakı son yoxlama matçı Bakı vaxtı ilə 19:00-da start götürəcək. Zaqatala klubunun rəqibi Rumıniyanın "Petrolul" kollektivi olacaq. Hazırda milli komandanın düşərgəsində olan kapitan Rasim Ramaldanov və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək. Oyundan sonra "Simurq" qış təlim-məşq toplanışını başa vuraraq, gece saatlarında ölkəmizə yola düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.