31 yanvar 2013 02:58
İnter ilk qələbəsini belə qazandı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, ötən gün "İnter" toplanış çərçivəsində 4-cü yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Qazaxıstanın "Ordabası" komandası ilə qarşılaşan “bankirlər” qələbə qazandı.
“İnter” start fiti verildikdən cəmi 30 saniyə sonra hesabı açıb. Samir Zərgərov "İnter"i önə çıxarıb. Yuri Fomenkaya qarşı kobudluğa görə təyin olunan penaltini isə baxışda olan Momar Ndiaye dəqiq zərbə ilə qola çevirib.
Birinci hissənin başa çatmasına 3 dəqiqə qalmış "İnter"in qapısına penalti təyin olunub. Lakin Giorgi Lomaya hesab arasında fərqin azalmasına imkan verməyib. Beləliklə, oyun 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb.
