31 yanvar 2013 03:12

Xəzər Lənkəranın Zimbru ilə oyununda nələr baş verdi?

Xəbər verdiyimiz kimi, ötən gün "Xəzər Lənkəran" dördüncü yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın rəqibi Moldovanın yüksək liqa təmsilçisi "Zimbru" klubu olub.
 
Qeyd etmək lazımdır ki, "Xəzər Lənkəran"ın bütün sınaq oyunlarında olduğu kimi, bu qarşılaşma da leysan altında keçdi. Komanda meydana bu heyətlə çıxdı: Orxan Sadıqlı, Elnur Allahverdiyev, Manuel Skarlatake, Vanderson Skarduelli, Alvaro Silva, Adrian Pit, Marin Orsuliç, Elnur Abdullayev, Uğur Pamuk, Dimitrios Sialmas və Gökhan Güleç.
 
Oyunun ilk hissəsində “Xəzər Lənkəran” oyununu tapa bilmirdi. Hücum qurmağa bir neçə cəhd edilsə də, bu, bir nəticə vermirdi və həmin həmlələrin qarşısı rəqib tərəfindən tez alınırdı. Rəqib isə daha cəld davranırdı və sürətli əks hücum qurmaqda çətinlik çərmirdi. Bunun nəticəsində 18-ci dəqiqə cənublular qapılarında qol gördülər.
 
Həmin qolun əvəzini "Xəzər Lənkəran" oyunun təxminən 85-ci dəqiqəsində çıxa bildi. Adrian Pit rəqib qapıçısı ilə təkbətək çıxaraq topu tora qovuşdura bildi. Görüşün son dəqiqələrində isə yenidən hücuma keçən komanda ikinci qolunu vuraraq hesabda önə çıxdı. Gökhanın gözəl zərbəsini "Zimbru"nun qapıçısı dəf etdi və qayıdan topu baxışda olan qvatemalalı hücumçu Henri Lopez təkrar zərbə ilə qapıdan keçirdi. Beləliklə matç 2:1 hesabı ilə "Xəzər Lənkəran"ın xeyrinə başa çatdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.