31 yanvar 2013 20:55
Simurq Türkiyə toplanışını məğlubiyyətlə başa vurdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Simurq” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün sonuncu - beşinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “sarı-qaralar” bu dəfə Rumıniyanın "Petrolul" klubu ilə üz-üzə gəlib.
Qeyd edək ki, “Petrolul” bundan öncə “Qəbələ” ilə də üz-üzə gəlmiş və 0:2 hesabıyla məğlub olmuşdu. Lakin "Simurq" bu komanda ilə bacarmayıb.
Xatırladaq ki, Georgi Çixradzenin yetirmələri Antalyadakı ilk matçında Qazaxıstanın “Akjayik” klubuna 0:1 hesabıyla uduzmuşdular. Bolqarıstanın CSKA (Sofiya) klubu ilə matçda 3:3, Rusiyanın “Tom” klubu ilə görüşdə isə 1:1 hesabı qeydə alınmışdı. Xorvatiyanın məhşur "Slaven Belupo" klubu ilə görüş də 0:3 hesablı darmadağınla başa çatmışdı.
Yoxlama oyunu
31 yanvar
SİMURQ – PETROLUL - 1:2 (1:1)
Qol: Bojiç, 38 (1:1)
"Simurq"un start heyəti: Kramarenko, Poladov, Zrnanoviç, Anderson, Şemonayev, Bojiç, Polyak, Səttarlı, Burhard, Popoviç, Buşiç.
