30 yanvar 2013 15:56

Cavadov: Artıq qrupdan çıxmaq haqda düşünmək lazımdı

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- Yığmanın hazırlıq prosesi barədə nə deyə bilərsiz?
- Prinsipcə, klubumuzun Türkiyədəki təlim-məşq toplanışı başa çatmaq üzrəydi. Fiziki hazırlıqdan taktiki çalışmalara keçmişdik. Fikrimcə, uşaqlar 80 faiz hazırdılar. Yığmanın düşərgəsində olmaq həmişə xoşdu. Qarşıda bizi iki oyun gözləyir. İlə qələbə ilə başlamaq istəyirik.
 
- Bu il yığmadan uğur gözləməyə dəyər?
- Oyun keyfiyyətlərimizi yaxşılaşdırmalıyıq. Eləcə də, nəticələrimizi. Nə qədər çox xal toplasaq, bir o qədər yaxşıdı. Tsiklin sonunda nə qədər xal toplayacağımızı bilmirəm. Bütün oyunlarda qələbə də qazana bilərik. Çünki bizə inanmadıqları oyunlarda qələbə qazanmışıq. Amma elə də olub ki, qələbə qazanacağımız gözlənilən oyunlarda buna nail ola bilməmişik. Bunu hamı gözəl bilir. Biz gələcəyə baxmalıyıq. Yalnız bu tsikldə toplayacağımız xal və ya xallarla kifayətlənməməliyik. Artıq qrupdan çıxmaq haqda düşünmək lazımdı.
 
- Özbəkistan və Lixtenşteynlə oyunlardan nə gözləyirsiz?
- Yığmaya yeni futbolçular çağırılıb. Mümkündü ki, məşqçilər korpusu onları yoxlamağa çalışacaqlar. Amma meydana kimin çıxmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik. Dubaya boş yerə gəlməmişik.
 
- Özbəkistan DÇ-2014-ə vəsiqə qazanmağa çox yaxındı...
- Onlar Asiyada çıxış edirlər. Onlarda seçmə mərhələ Avropaya nisbətən zəifdi. Amma buna baxmayaraq, özbəklərin yaxşı komanda formalaşdırdığını düşünürəm. Heyətlərində Ukrayna, Rusiya çempionatlarında çıxış edən futbolçular var.
 
- Yığmamızın bəzi liderləri toplanışda iştirak etmirlər...
- Baş məşqçinin onları niyə çağırmamasının səbəbini bilmirəm. Fikrimcə, onlar seçmə mərhələ oyunları zamanı yenə millidə olacaqlar. Hamısı yığmaya lazım olan oyunçulardı.
 
- Cəmi iki ay sonra Lüsksemburqla seçmə mərhələ oyunu da var. Bəlkə, Berti Foqts həmin oyuna da onları çağırmadı...
- Mən belə düşünmürəm. Sadəcə, ola bilsin ki, baş məşqçi onların nəyə qadir olduğunu yaxşı bildiyinə görə, bu toplanışa bir daha sınamaq istədiyi futbolçuları dəvət edib.
 
- Bəs öz çıxışınız barədə nə deyə bilərsiz?
- Mən ilk növbədə klubumda sabit çıxış etməliyəm. Klubumda çıxışım uğurlu alınsa, yığmaya da yaxşı kömək etmək şansım çox olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.