30 yanvar 2013 16:15
AFFA İntizam Komitəsi cəzaları açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar açıqlanıb:
11 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “M.U” matçının 25-cı dəqiqəsində “Ulduz”un futbolçusu Nail İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 34-cü dəqiqəsində “M.U” klubunun futbolçusu Elçin Mütəllimov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
“İnci” – “Rabitə” matçının 44-cü dəqiqəsində “Rabitə”nin futbolçusu Zaur Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
18 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Titan” – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Titan”ın futbolçusu Teymur Səmədov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Oyunun 50-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Ceyhun Məmmədov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
20 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Çinar” – “Azercell” matçının 17-ci dəqiqəsində “Çinar”ın futbolçusu Rəşad Şükürov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Oyunun 19-cu dəqiqəsində “Çinar”ın futbolçusu Denis İquminov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
26 yanvar 2013-cü il Həvəskarlar arasında Ölkə birinciliyinin “Neftçi” – “Gənclik” matçının 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
