30 yanvar 2013 16:44
Qarabağ Zestafoni və Tiraspol ilə qarşılaşacaq
“Qarabağ”ın Antalyada keçirdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, dünən “Turnovo” ilə sayca 4-cü hazırlıq matçına çıxan Ağdam klubu günü tək məşqlə keçirib.
Səhər baş tutan çalışmada dünən axşam əsas millinin düşərgəsinə yollanan 5 futbolçu (Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseyinov, Vüqar Nadirov, Vaqif Cavadov) iştirak etməyib.
Fevralın 3-nə kimi qardaş ölkədə qalacaq komanda daha 2 yoxlama oyunu keçirəcək. “Qarabağ” fevralın 1-də və 2-də ardıcıl 2 görüşə çıxacaq. Ağdamlılar ayın ilk günündə Gürcüstan “Zestafoni”si, ertəsi gün isə Moldova təmsilçisi “Tiraspol”la qarşılaşacaqlar. Hər 2 oyunun saat 15:00-da start götürməsi nəzərdə tutulub.
