30 yanvar 2013 17:02
Sumqayıt AZAL-la yoxlama oyunu keçirəcək
Çempionatın ikinci mərhələsinə hazırlaşan "Sumqayıt"ın əvəzediciləri hazırlığını Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlıq məqsədi ilə Vaqif paşayevin komandası sabah AZAL-ın əvəzediciləri ilə növbəti yoxlama oyununa çıxacaq.
“AZAL Arena”da baş tutacaq yoxlama oyunu saat 11:30-da start götürəcək.
