30 yanvar 2013 16:53
Hafiz Məmmədov nümayəndə heyətimizi Atletico – Sevilla matçına dəvət etdi
Xəbər verdiyimiz kimi, bu gün İspaniyanın paytaxtı Madrid şəhərində 33-cü FUTUR Beynəlxalq Turizm sərgisinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur.
Madridin İFEMA sərgi mərkəzində 5 gün davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletico" ilə əməkdaşlıq barədə ətraflı məlumat verilir, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılır.
Bu arada “Bakı”nın prezidenti Hafiz Məmmədov azərbaycanlı nümayəndə heyəti üçün sürpriz gerçəkləşdirib. Belə ki, o, bütün nümayəndə heyətini İspaniya kuboku çərçivəsində sabah keçiriləcək “Atletico” ilə “Sevilla” arasındakı qarşılaşmaya dəvət edib. Qeyd edək ki, görüş “Visente Kalderon” stadionunda keçiriləcək.