31 yanvar 2013 17:07
Neftçi ispaniyalıdan imtina etdi, çililini saxlayır
Azərbaycan çempionu “Neftçi” baxışa çağırdığı futbolçularla bağlı qərar verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu çilili yarımmüdafiəçi Xose Lusi Kabionla müqavilə imzalayacaq.
Bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, Nikolas Kanalesin həmyerlisi ilə “6 ay+1 il” şərti ilə müqavilə imzalanacaq. Artıq tərəflər bununla bağlı tam razılığa gəliblər.
Eyni zamanda “Neftçi” baxışda olan Pedro Ariasdan (Periko) imtina etmək qərarına gəlib. Buna onun tibbi müayinə zamanı zədəli çıxması səbəb göstərilir.
