31 yanvar 2013 17:58
Yığmamız Ukrayna klubundan güclü oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Oyunda vurulan yeganə qolun müəllifi Şirməhəmməd Məmmədov olub.
