31 yanvar 2013 18:04
Gəncə klubları üz-üzə
Məşqlərini Gəncədə davam etdirən "Kəpəz"in əvəzedici heyəti sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, komandanın rəqibi şəhərin aşağı diviziondakı təmsilçisi "Tərəqqi" olacaq.
Görüş Gəncə şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlayacaq. Matç yerli hakimlər briqadasına tapşırılıb. Xatırladaq ki, qarşıdakı oyun tərəflər arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşüdür. Belə ki, bu komandalar ötən həftə üz-üzə gəlmiş və görüşdə hesab açılmamışdı.
