31 yanvar 2013 18:31
Turanın Gürcüstan klubu ilə görüşü yenə də baş tutmadı
Bu gün “Turan” Gürcüstanın “Çixura” klubu ilə yoxlama oyunu keçirməli idi. Lakin azerisport.az xəbər verir ki, Tovuz klubunun bu istəyi yenə alınmayıb.
Qeyd edək ki, bu görüşün əslində Gürcüstanda keçirilməsi planlaşdırılmışdı. Amma sonradan Gürcüstan klubu özü Tovuza gəlməyə razılaşıb. Gəl ki, “Çixura”nın bəzi futbolçularının sənədləri qaydasında olmadığından, sərhəd keçid məntəqəsindən Azərbaycan ərazisinə buraxılmalarına imkan verilməyib. Belədə, Gürcüstan klubu 12 futbolçu ilə ölkəmizə gəlmək istəməyib və qarşılaşma ləğv olunub.
Xatırladaq ki, “Turan”ın ötən ilin sonunda da Gürcüstan klubu ilə görüşü müxtəlif səbəblərdən baş tutmamışdı. Tovuzlular hazırda başqa rəqib axtarışındadılar.
