31 yanvar 2013 11:34

“Steauanı avrokuboklarda məğlub etmək lazımdı”

"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov Rumıniyanın "Steaua" klubuna qarşı keçirdikləri yoxlama matçından sonra azerisport.az saytının suallarını cavablandrıb.
 
- Ukraynanın “Volın” və Rumıniyanın "Petorlul" klubunun ardından bu ölkənin ən güclü komandalarından olan "Steaua"nı da 1:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı təəssüratlarınızı öyrənək...
- Bu, yoldaşlıq görüşü idi. Ancaq bu, bizdə heç bir arxayınçılıq yarada bilməzdi. Biz bütün yoldaşlıq görüşlərinə çempionat oyunları kimi hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı yoldaşlıq matçını da yüksək səviyyədə oynayaraq Antalya təlim-məşq toplanışını yaxşı əhval-ruhiyyədə başa vuraq. Bu qələbəyə görə sevinməyə də dəyməz. Çünki nə ilk altılığa vəsiqəni rəsmiləşdirmişik, nə də avrokuboklara çıxmışıq. Yalnız ondan sonra nəyəsə sevinmək olar. Biz hələ Azərbaycan futbolunda heç nə etməmişik.
 
- “Steaua” sizdən öncə Kiyev “Dinamo”su üzərində qələbə qazanmışdı...
- Əlbəttə, bu, sevindirir. Amma futbolda belə bir ölçü yoxdu. Mən futbolçularımın arxayınlaşmasını istəmirəm. Klub rəhbərliyi qarşımıza avrokuboklarda nəticə qazanmaq vəzifəsi qoyub. “Steaua”nı avrokuboklarda məğlub etmək lazımdı.
 
- Premyer Liqadakı rəqiblərinizin çıxışını nə dərəcədə yaxşı izlədiyinizi bilmirik. Amma “Neftçi” və “Xəzər Lənkəran” Rumıniyanın “Timisioara” klubuna növbə ilə məğlub oldu...
- Bütün klublara və onların məşqçilərinə hörmətlə yanaşıram. Onlara uğurlar arzulayıram.
 
- Komandanız bu oyunla “Qarabağ”ı məğlub edə bilər?
- Fikrimcə, hə. Amma “Qarabağ”ı “Steaua” ilə müqayisə etmək də istəmirəm. Bunlar fərqli komandalardı. Ağdam klubu ilə görüşə ciddi hazırlaşırıq. Bizə qalan oyunlarda 4-5 xal lazımdı. Bunun üçün nəyə ehtiyac varsa, hər şeyi edəcəyik ki, istəyimizə nail olaq.
 
- Bu görüşdə hansı futbolçunun oyununu xüsusi qeyd edərdiniz? Yəqin ki, komandanın lideri Dodonun əla forma yığmağa başlaması sizin üçün vacibdi...
- Bu oyunda Pulhak və Emeqaranı xüsusilə qeyd edərdim. Ancaq ümumilikdə 4 müdafiəçinin hər birindən razı qaldım. Çox yaxşı müdafiə olunduq. Oyunu əks-hücum üzərində qurmuşduq. Verdiyim tapşırıqları da futbolçular düzgün yerinə yetirdilər. Dododan da çox razıyam.
 
- Qapıçı seçimində də çətinliyiniz olacaq. Dieqo yaxşı forma yığıb. Anar Nəzirov isə son dövrlər artıq yığma komandaya çağırılmağa başlayıb...
- Şadam ki, belə seçim imkanına malikm. Nəzirov öz oyunu ilə də göstərir ki, yığmaya layiqdi və bir nömrə ola bilər. Belə rəqabətin olması çox xoşdu. Məşqçi üçün bundan yaxşı heç nə ola bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.