31 yanvar 2013 11:45
Yığmamız Ruslan Abışovun klubu ilə sülh bağladı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Rusiyanın "Rubin" klubunun əvəzedici komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Rizvan Umarov və Abdulla Abasiyev fərqlənib.
