1 fevral 2013 00:15
Nikolas Kanales yaxın günlərdə sıraya dönəcək
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Nikolas Kanalesin Rumıniyanın “Timisioara” klubu ilə son yoxlama oyununda zədələndiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun durumuna aydınlıq gəlib.
Belə ki, həkimlər ətraflı müayinədən sonra Kanalesdə qorxulu heç nə olmadığını bildiriblər. Onun bir-iki gün sonra məşqlərə başlaması gözlənilir.
