1 fevral 2013 00:33
Hafiz Məmmədov: Bakının əsas hədəfi növbəti mövsümə daha yaxşı hazırlaşmaqdı
"Bakı”nın prezidenti Hafiz Məmmədov azerisport.az saytına müsahibəsində Madrid “Atletico”su ilə əməkdaşlıqdan, bu klubun formasında gedən Azərbaycanın reklamından, eləcə də klubunun transferlərindən danışıb.
- Madriddə keçirilən turizm sərgisində “Bakı” və “Atletico”nun əməkdaşlığına böyük maraq var. Bununla bağlı nə deyə bilərsiz?
- Bu sərgidə iştirak etmək çox xoşdu. Biz burda təkcə öz klubumuzu yox, həm də Azərbaycan futbolunu təmsil edirik.

- Yəqin ki, İspaniyada Azərbaycana marağın artmasının “Atletico” formalarındakı reklamlarla bağlı olması ilə razısız?
- Bu, Azərbaycan üçün çox yaxşı turizm reklamıdı. İspaniyada bizim ölkə ilə çox maraqlanırlar. Ölkəmizə gəlmək istəyirlər. Amma bizim əməkdaşlığımız bununla məhdudlaşmır. Bu gün biz “Atletico” rəhbərliyi ilə görüş keçirdik və əməkdaşlığımızı davam etdirmək istədiyimizi bildirdik. Amma bu əməkdaşlığın hansı formada həyata keçiriləcəyinə bundan sonra aydınlıq gətirəcəyik. Hələlik bunlar gizli qalsın.

- Madrid klubunun rəhbərliyi haqda fikirlərinizi bilmək istərdik...
- Onlarla əməkdaşlıq, söhbət etmək mənim üçün çox xoşdu. Çox müasir insanlardılar. Çox şeylə maraqlanırlar. Yəni təkcə “Bakı” ilə yox, eyni zamanda Azərbaycanın bütün sahələrdə necə uğurlar əldə etməsi ilə yaxından maraqlanırlar. Mən də onlara nəinki futbolda, idmanda, eləcə də bütün sahələrdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında necə uğurlar əldə etməyimiz izah edirəm.
- “Atletico”lu futbolçularla görüşərkən Arda Turanla çoxlu söhbət etdiniz. Əgər sirr deyilsə, onunla nələri müzakirə etdiniz?
- Arda mənim ən sevdiyim futbolçulardan biridi. Türkiyəli futbolçuya azarkeşlik etdiyimi bildirdim. Ondan “Sevilla” ilə oyunda uğurlu çıxış gözlədiyimi bildirdim. İnanıram ki, o, “Atletico”da böyük uğurlar qazanacaq.

- İndi isə “Bakı”nın planlarından danışaq. Klubda işlər necə gedir?
- Hazırda “Bakı”nın yeni planı üzərində iş gedir. Biz təkcə futbolda yox, digər idman növlərində də uğurlar qazanmaq istəyirik. Qarşıda bizi 2015-ci il Avropa Oyunları gözləyir. Bu turnir Azərbaycan idmanını daha da populyarlaşdıracaq. Eyni zamanda uşaq futbolunu da inkişaf etdirmək istəyirik. Mart ayında Madridə göndərmək üçün ən yaxşı futbolçuların seçimini aparacağıq. Onlar burda təkcə məşq etməyəcəklər, həm də əlavə nələrsə öyrənmək şansı qazanacaqlar.

- Söhbət yalnız “Bakı”da çıxış edən yeniyetmələrdən gedir?
- Xeyr. Təkcə “Bakı”nın yox, digər klubların da ən yaxşılarını bu layihəyə cəlb etməyə çalışacağıq. Lakin seçimdən asılı olmayacaq, bütün xərcləri klubumuz üzərinə götərəcək. Çünki bu uşaqların 2016-cı ildə ölkəmizdə keçiriləcək Avropa çempionatında iştirak etmək şansı var. Çox istəyirik ki, yığmamız həmin turnirdə uğurlu çıxış etsin. Həm də niyə hansısa azərbaycanlı futbolçu Arda kimi gələcəkdə “Atletico”da çıxış etməsin?

- Kamran Ağayevlə Rauf Əliyevin transferi barədə nə deyə bilərsiz?
- Klubun işlərini diqqətlə izləyirəm. Son dövrlər işlər o qədər də yaxşı getmir. Amma ümid edirəm ki, bu il komanda yaxşı çıxış edəcək. Əsas üstünlük isə növbəti mövsümə hazırlaşmaq olacaq. Yeni transferlərə gəlincə, mən onlardan yaxşı çıxış gözləyirəm.