31 yanvar 2013 12:34

"Atletico" ilə əməkdaşlıq ölkəmiz adına böyük uğurdu”

Daha əvvəl xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunur.
 
İdman sahəsində ölkəmizi "Bakı" futbol klubu təmsil edir. Onu da qeyd edək ki, ilk dəfədir ki, Mədəniyyət və Turizm nazirliyinin turizm sərgisində Azərbaycanın idman sektoru təqdim olunur.
 
Sərginin açılış mərasiminə qatılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan bölümündə yer alan materiallarla tanış olaraq, sərgi iştirakşılarına uğurlar arzulayıblar.
 
Sərgidə akkreditasiya olunmuş Jurnalistlərin suallarını cavablandıran Əbülfəs Qarayev "Bakı" futbol klubunun fəaliyyətini yüksək dəyərləndirərək, bunun bütün Azərbaycan üçün faydalı olduğunu bildirib.
 
Cənab nazir "Bakı" futbol klubu və "Atletiko" Madrid arasında əldə olunan anlaşma və klubumuzun FİTUR sərgisində iştirakı ilə bağlı fikirlərini bildirib:
 
"Çox şadam ki, "Bakı" futbol klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Gördüyünüz kimi, Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada "Bakı" futbol klubunun da özünəməxsus payı var.
 
"Bakı" futbol klubunun "Atletiko" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsinə aid deyil, eyni zamanda  həyatımızın digər sahələrində də öz əksini tapır.
 
Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır. Bu, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. "Bakı" futbol klubunun FİTUR sərgisinə qatılması, "Atletiko" Madrid kimi dünya klubunun da buna dəstək verməsi ölkəmizə olan marağı daha da artırmış olur.
 
"Atletiko" futbolçularının FİTUR sərgisində Azərbaycana dəstək ziyarəti samballı addımdır və bunun effektinin yüksək olacağını artıq indidən söyləmək olar. Arzu edərdim ki, digər idman qurumlarımız da "Bakı" futbol klubunun fəaliyyətindən nümunə götürsünlər."

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.