31 yanvar 2013 12:45
Azərbaycan AÇ-2015-dəki rəqiblərini tanıdı
Bu gün Nyonda 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2015-də keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarının püşkatması baş tutub. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub.
Belə ki, Bernard Lippertin komandası 8-ci qrupda yer alıb. Komandamız qitə birinciliyinə vəsiqə uğrunda İsrail, Portuqaliya, Norveç və Makedoniya ilə mübarizə aparmalı olacaq.
1-ci qrup: İngiltərə, Uels, Finlandiya, Moldova, Litva, San-Marion
2-ci qrup: Rusiya, Danimarka, Sloveniya, Bolqarıstan, Andorra, Estoniya
3-cü qrup: Hollandiya, Şotlandiya, Slovakiya, Gürcüstan, Lüksemburq
4-cü qrup: İspaniya, Avstriya, Macarıstan, Bosniya, Albaniya
5-ci qrup: İsveçrə, Ukrayna, Xorvatiya, Latviya, Lixtenşteyn
6-cı qrup: Almaniya, Rumıniya, Monteneqro, İrlandiya, Farer adaları
7-ci qrup: İsveç, Türkiyə, Yunanıstan, Polşa, Malta
8-ci qrup: İsrail, Portuqaliya, Norveç, Makedoniya, Azərbaycan
9-cu qrup: İtaliya, Serbiya, Belçika, Kipr, Şimali İrlandiya
10-cu qrup: Fransa, Belarus, Ermənistan, İslandiya, Qaxaxıstan
