1 fevral 2013 00:51
Bakının sabiq hücumçusu Bundesliqa klubunda
“Bakı”nın sabiq forvardı Koke özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, ispaniyalı hücumçu Almaniyanın ikinci Bundesliqasında çıxış edən “Regensburg”a keçib.
Qeyd edək ki, Koke ötən il Azərbaycan klubuna transfer olunsa da, yarım il ərzində paytaxt təmsilçisinin heyətində özünü göstərə bilmədi. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar verdilər.
