31 yanvar 2013 13:16
Qarabağın futbolçusu yığmaya dəvət olundu
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli ölkəsinin yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, Canni de Byazi komandasının Gürcüstanla yoxlama oyununa dəvət etdiyi futbolçular arasında Azərbaycan Premyer Liqasında çıxış edən oyunçuya da yer verib.
Qeyd edək ki, Albaniya – Gürcüstan oyunu fevralın 6-da Tiranada keçiriləcək.
