31 yanvar 2013 13:26
İsveçrə yığmasının sabiq qapıçısı Neftçidə? (FOTO)
Futbol üzrə İsveçrə yığmasının sabiq qapıçısı Conni Leoni karyerasını Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, onun bu gün icarə əsasında Azərbaycan klublarından birinə keçəcəyi barədə xəbərlər yayılıb.
Lakin onun konkret hansı klubumuza keçməyə hazırlaşdığı barədə məlumat verilmir. Mümkündü ki, bu, “Neftçi” olsun. Çünki paytaxt klubu xeyli müddətdi yaxşı qapıçı axtarışındadı və Leoninin məhz Azərbaycan çempionunun heyətində peyda olmaq ehtimalı çox yüksəkdi.
Qeyd edək ki, 1984-cü ildə anadan olmuş Leoni “Sion”un yetirməsidi. O, 2001-2003-cü illər aralığında bu komandada 30 oyuna çıxıb. Lakin qapıçının “Zürich” karyerası daha uğurlu olub. Leoni 2003-2012-ci illər aralığında bu komanda 158 oyun keçirib. 2012-ci ildə isə o, Kiprin “Omonia” klubuna keçib. Hazırda da onun kiprlilərlə müqaviləsi var.
Leoni 2007-ci ildə İsveçrə yığmasında bir oyuna da çıxıb.
