31 yanvar 2013 13:52
87 saylı orta məktəbdə futbol dərsi (FOTO)
Ölkəmizdə futbolun inkişafı, kütləviliyinin təmin olunması, uşaq və yeniyetmələrin bu idman növünə marağının artırılması məqsədilə həyata keçirilən «Məktəblərdə futbol dərsi» layihəsi uğurla tətbiq olunmaqdadır. Azerisport.az xəbər verir ki, V, VI, VII sinif şagirdləri arasında keçirilən dərslərdə 421 şagird iştirak edir. Onlardan 197-i qız, 224-ü oğlandır. (AFFA)
