31 yanvar 2013 14:04
Neftçi Conni Leoni ilə maraqlandığını təsdiqlədi
İsveçrə yığmasının sabiq qapıçısı Conni Leoninin karyerasını Azərbaycanda davam etdirəcəyinə dair xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Kiprin “Omonia” klubunun isveçrəli qapıçısının “Neftçi”yə keçmək ehtimalının yüksək olduğunu da vurğulamışdıq.
“Neftçi” klubundan aldığımız məlumata görə, Leoni həqiqətən də onlara təklib olunub. Lakin paytaxt klubu daha iki qapıçının keçidini götür-qoy edir. Onların adları açıqlanmır. Bu üç qapıçıdan hansının “ağ-qaralar”la müqavilə bağlayacağı yaxın günlərdə bəlli olacaq.
