1 fevral 2013 01:24
Əmrə rəsmən Fenerbahçeyə qayıtdı
Türkiyənin “Fenerbahçe” klubu sabiq futbolçusu Əmrə Bölezoğlunu yenidən heyətinə qaytarıb. Azerisport.az xəbər verir ki, yayda komandanı tərk edərək İspaniyanın “Atletico” klubuna keçən Türkiyə millisinin üzvü yenidən “sarı-lacivərdlilər”lə müqavilə imzalayıb.
Anlaşmanın müddəti 2,5 ildi. Əmrə 2012-2013 mövsümünün qalan hissəsi üçün 1.2, 2013-2014 və 2014-2015 mövsümləri üçün 2 milyon avro və 20 min avro matçbaşı alacaq.
Maraqlıdı ki, “Fenerbahçe” transfer xəbərini rəsmi saytı ilə “Bir gün diləklər gerçək olur” başlığı ilə yayımlayıb.
