1 fevral 2013 01:49

Azərbaycan üçün ilin ilk sınağı

Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın əsas yığma komandası yanvarın 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın birinci rəqibi isə Özbəkistan seçməsidi. Qeyd edək ki, Özbəkistan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 56-cı yeri tutur. Asiya təmsilçisi zəif rəqib təsiri bağışlasa da, həm reytinq cədvəlindəki yeri (maraq üçün bildirək ki, millimiz hazırda 118-ci pillədə qərarlaşıb), həm də DÇ-2014-ə vəsiqə qazanmağa çox yaxın olması əslində səviyyə fərqindən xəbər verir.
 
Millimizin rəqibinə Mircəlal Qasımov başçılıq edir. O, 2006-cı ildən etibarən bu yığmanı çalışdırır. Məşqçilik karyerası demək olar ki, elə məhz Özbəkistan yığmasındakı fəaliyyətindən ibarətdi. Rəqibimizin heyətində Çin, Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qazaxıstan çempionatlarında çıxış edən ondan çox legioner futbolçu var.
 
Maraq üçün onu da qeyd edək ki, yığmamızdan fərqli olaraq, Qasımovun başçılıq etdiyi Özbəkistan yığması Dubaya xeyli müddət öncə gedib. Özbəklər burda hətta bir oyun da keçirməyə imkan tapıblar. Belə ki, Rusiya klubu “Ural”la qarşılaşan rəqibimiz 1:0 hesabı ilə qalib gəlib. Bu üzdən də özbəkləri bu oyuna daha hazır saymaq olar.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə ilk dəfədi bir araya gəlib. Özbəkistanla qarşılaşma yeni ildə ilk oyunumuz kimi tarixə düşəcək. Bu üzdən də millimiz bu rəqibi üzərində qələbə qazanmaqla ilə uğurlu start verməyə çalışmalıdı. Komandamız fevralın 6-da Lixtenşteyn yığmas ilə də yoldaşlıq oyunu keçirəcək. Özü də özbəklərlə qeyri-rəsmi yoxlama matçından fərqli, həmin oyun FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı “pəncərə”yə düşəcək və qeydə alınacaq nəticə reytinq mövqeyimizə təsir edəcək. Odu ki, həmin görüş ərəfəsində uğurlu start sonrakı qələbələr üçün açar rolunu oynaya bilər. Bu yolda yeganə əngəl kimi Berti Foqtsun bəzi aparıcı futbolçularımızı Dubaya aparmaması qeyd olunmalıdı.
 
Maraq üçün bildirək ki, Özbəkistan yığması Azərbaycan üçün çox tanış rəqibdi. Belə ki, bu komandalar indiyə qədər səkkiz dəfə üz-üzə gəliblər. Özü də bütün oyunlar yoldaşlıq oyunları çərçivəsində baş tutub. Yığmamızın dörd dəfə qələbə qazandığı bu görüşlərdən daha ikisi sülhlə bitib. Qalan iki oyunda isə özbəklər qələbəni bayran edən tərəf olublar. Vurulan topların fərqində də yığmamız öndədi – 11:10.
 
İlk dəfə bu rəqiblə 1998-ci ilin 24 aprel tarixində Bakıda üz-üzə gəlmişik və 2:1 hesablı qələbəyə sevinmişik. 1999-cu ildə, avqustun 18-də Səmərqənddə baş tutan oyunda Özbəkistan millimizi 5:1 hesabıyla darmadağın edib. Bu, tərəflərin indiyəqədərki duellərində qeydə alınan ən böyük və yeganə hesabdı. 2001-ci ildə, fevralın 15-də Albenada keçirilən oyunda Özbəkistan yenə yığmamızdan üstün olub –2:1. Bundan sonrakı iki oyunda isə yığmamız qələbəyə sevinən tərəf olub. Komandamız 2002-ci ildə, avqustun 21-də Bakıda 2:0, 2004-cü ilin may ayının 28-də yenə Azərbaycan paytaxtında keçirilən görüşdə isə 3:1 hesablı qələbəyə sevinmişdi. 2007-ci ildə, fevralın 7-də Karşıda baş tutan sınaq matçında tərəflər qolsuz heç-heçəyə razılaşmışdılar - 0:0. 2007-ci ilin mart ayının 7-də Çimkənddə keçirilən görüşdə Azərbaycan yığması minimal hesabla üstün olmuşdu. Sonuncu dəfə isə bu komandalar 2009-cu ilin fevral ayının 1-də məhz Dubayda üz-üzə gəlmişdilər və 1:1 hesablı heç-heçəyə razılaşmışdılar. İndi tərəflər yenə fevralın 1-də, yenə Dubayda qarşı-qarşı gəlirlər.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 192-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 48-də də heç-heçə ilə təsəlli tapmışıq. 111 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 132 qol vurduğumuz halda, öz qapımızdan 340 top çıxarmışıq.
 
Yoldaşlıq oyunu
1 fevral
 
18:00. AZƏRBAYCAN – ÖZBƏKİSTAN
Hakimlər: Əmmar Əl Cunabi, Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif, Abdulla Əl Ajel (hamısı Birləşmiş Ərəb Əmirlikləri).
Dubay. “The Sevents” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.